Avto FM 107.7
By: Avto FM 107.7
Language: az
Categories: Leisure, Automotive, Hobbies, Technology
107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
Episodes
Balıq bişdikdə niyə pis qoxur? I Şəhər adamı #161
Jan 09, 2026Şəhər adamı"nda qonağımız olan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin direktor müavini Elşən Məcidov ilə Xəzərdə balıqların azalmasının səbəblərindən və təhlükələrindən, balıq seçərkən diqqət etməli olduğumuz məqamlardan, balıqlarda qoxu yaradan əsas nüanslardan və digər maraqlı mövzulardan bəhs etdik.
Aparıcılar: Cavid Neymətzadə, Rəhman Rəsulov
Sürücülər niyə aqressivdirlər?
Jan 08, 2026"Qaydaları Pozma" verilişində BDYPİ-nin baş inspektoru polis baş leytenantı Elvin Hacıyev ilə stress, tıxaclar, vaxt itkisi və məsuliyyətsizlik amillərinin sürücülük davranışına təsiri, aqressiv sürücülüyün yaratdığı risklər, cərimə və maarifləndirmənin rolu, həmçinin yol mədəniyyətinin yüksəldilməsi haqqında danışdıq.
Duration: 00:28:01İtaliyadan Azərbaycana gətirilən heyvanlar - Kəndlərdə təhlükə yaradan heyvanlar I Şəhər adamı
Jan 08, 2026"Şəhər adamı"nda qonağımız olan biomüxtəliflik üzrə ekspert Zülfü Fərəcli ilə yırtıcıların təbiətdəki rolundan, fillərin niyə xərçəng olmamasından, İtaliyadan Azərbaycana gələn kərtənkələlərdən və digər maraqlı məqamlardan bəhs etdik.
Duration: 00:41:09"Xaricdən yükləri multimodal daşıma ilə sürətli çatdırırıq" I Şəhər adamı #159
Oct 03, 2025"Şəhər adamı" rubrikasında qonaq olan “166 Yükdaşıma və Logistika” şirkətinin Multimodal departamentinin rəhbəri Məsmalı Qasımzadə ilə birlikdə quru yol daşımaları, konteyner daşımaları, multimodal və intermodal daşımaların fərqləri, müştərilərin bu xidmətlərdən istifadə edərkən diqqət etməli olduqları məqamlar barədə məlumat verildi.
Duration: 00:24:44Niyə kiçik ölçülü avtomobillərə üstünlük verilmir? I Bir Avto
Oct 02, 2025"Bir Avto" verilişində kiçik ölçülü avtomobillərin parklanma problemi, tıxac və yanacaq sərfiyyatı kimi amillərin nəzərə alındığı şəraitdə - nə qədər funksional və qənaətcil olduğundan danışdıq.
Duration: 00:30:58Çindən hansı avtomobillər alınır? I Şəhər adamı #158
Oct 01, 2025"Şəhər adamı" rubrikasında qonaq olan satış təmsilçisi LiShiJia ilə birlikdə hazırda ölkəmizdə ən çox satılan avtomobil modelləri, istehlakçıların seçim meyarları, qiymət aralığı, Çin avtomobillərinə tələbat, həmçinin hansı növ avtomobillərin populyarlaşdığı mövzularını müzakirə etdik.
Avtomobildə texnoloji yeniliklərə güvənmək olar? I Bir Avto
Oct 01, 2025"Bir Avto" verilişində qonaq olanü texnobloqer Valid Fərmanoğlu ilə birlikdə avtomobillərdəki texnoloji trendləri, süni intellekt dəstəyi, avtomatik parklanma, zolaq saxlama, təhlükə zamanı xəbərdarlıq sistemləri, sürücülərin bu sistemlərə münasibətini müzakirə etdik
Duration: 00:29:37Sıxlıq zamanı ən çox edilən səhvlər
Sep 30, 2025"Qaydaları pozma" verilişində qonağımız olan qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə sıxlıqda ən çox edilən səhvlərdən danışdıq.
Duration: 00:31:33İcbari Tibbi Sığorta: sistem necə işləyir və bizi nələr gözləyir? I Şəhər adamı #157
Sep 30, 2025"Şəhər adamı" rubrikasında qonaq olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Çağrı mərkəzi xidmətinin baş məsləhətçisi Afaq Kazımova ilə birlikdə icbari tibbi sığorta sisteminin əhatə dairəsi - hansı xidmətlərin bu sistemə daxil olduğu, hansı xəstəxanalarda vətəndaşların bu xidmətlərdən necə yararlana biləcəyi, müraciət mexanizmləri, təminat çərçivəsi, göstərilən xidmətlərin keyfiyyəti və əlçatanlığı ətrafında müzakirələr apardıq.
Duration: 00:30:29Piyadalaşdırılmanın önəmi
Sep 29, 2025"Qaydaları pozma" verilişində qonağımız olan memar Dilqəm İsmayılov ilə piyadalaşmanın şəhərə təsirləri barədə danışdıq.
Duration: 00:24:59Avtomobilinizi hansı səbəbdən seçmisiniz? IBir Avto
Sep 29, 2025"Bir Avto" verilişində avtomobil seçiminin səbəbləri, populyar markalara olan münasibət, lüks və ya sərfəli nəqliyyat vasitələri kimi məqamları müzakirə etdik.
Duration: 00:33:03"Bütün mədəni və sosial münasibətlər iqtisadi münasibətlər üzərində qurulur" I Şəhər adamı #156
Sep 29, 2025"Şəhər adamı" rubrikasında qonaq olan sosioloq Yusif Nəbiyev ilə birlikdə ailə institutunun mövcud vəziyyəti, boşanma hallarının artmasının səbəbləri, ailə büdcəsinin düzgün planlanmaması və cütlüklər arasında maliyyə mövzusunda danışdıq.
Premium avtomobil necə olmalıdır? I Bir Avto
Sep 26, 2025"Bir Avto" verilişində bu dəfə sükan arxasında fərqi hiss etdirən premium avtomobillərdən danışdıq. Premium avtomobillərin dizayn detalından tutmuş, mühərrik performansı, yanacaq effektivliyi və sürüş rahatlığı kimi texniki xüsusiyyətlərinə qədər bütün aspektləri nəzərdən keçirdik.
Duration: 00:34:24Qəza zamanı hadisə yerində düzgün davranış
Sep 26, 2025"Qaydaları pozma" verilişində qonağımız olan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə qəza zamanı hadisə yerində düzgün davranışdan danışdıq.
Duration: 00:29:15Gənclər niyə peşə təhsilini seçməlidirlər? I Şəhər adamı #155
Sep 26, 2025"Şəhər adamı" rubrikasında qonaq olan Peşə Təhsili üzrə Dövlət Agentliyinin PR və Kommunikasiya üzrə sektor müdiri Aytən Səfərəliyeva ilə birlikdə gənclərin peşə təhsilinə marağı, mövcud imkanlar, texniki bacarıqların əmək bazarında rolu və gələcək planları müzakirə etdik.
Duration: 00:34:49Manevretmə qaydalarının pozulmasına görə baş verən qəzalar
Sep 25, 2025"Qaydaları pozma" verilişində qonağımız olan NİİM-in mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov ilə manevr etmə qaydalarının pozulmasına görə baş verən qəzalar haqqında danışdıq.
Duration: 00:17:28Avtomobil restavrasiyası və ikinci əl bazar I Bir avto
Sep 25, 2025"Bir Avto" verilişində qonaq olan avtobloqer Əli Məmmədov ilə birlikdə ikinci əl avtomobil bazarında vəziyyət, alıcıların qarşılaşdığı riskləri və eyni zamanda avtomobil restavrasiyası kimi yüksələn bir tendensiyanı müzakirə etdik.
Duration: 00:30:07Dərimiz bizə nə "deyir?" I Şəhər adamı #154
Sep 25, 2025"Şəhər adamı" rubrikasında qonaq olan dermatoveneroloq Quba Rüstəmova ilə həm dəri sağlamlığı, həm də cəmiyyətimizdə tez-tez qarşılaşılan dəri problemləri haqqında danışdıq, həkim qonağımız allergiyalar, dəri baxımı və gigiyena ilə bağlı məqamları bölüşdü.
Duration: 00:33:11BYD Destroyer 05 yoxsa, Changan A05 I Bir Avto
Sep 24, 2025"Bir Avto" verilişində iki populyar Çin sedanı – BYD Destroyer 05 və Changan A05 modellərini müzakirə etdik. Hər iki modelin güc aqreqatları, interyer rahatlığı, texnoloji imkanları və yol tutumu kimi əsas xüsusiyyətlərini dinləyicilərlə birlikdə müqayisə etdik.
Duration: 00:35:41"Övladlarına əziyyət verməyənlərin nəvələri ac qalacaq" l Şəhər adamı #153
Sep 24, 2025"Şəhər adamı"nda qonaq olan biznes mentor Zahid Adıgözəlovla birlikdə sahibkar valideyn və onların uşaqları, biznesi necə ötürməli olduqları, daşınmaz əmlaka yatırım etməyin qaydaları haqqında müzakirə etdik
Duration: 00:28:17Avtomobilin dizaynı önəmlidir? I Bir Avto
Sep 24, 2025"Bir Avto" verilişində qonaq olan avtomobil rəssamı, hiperrealism üslubunda avtomobil rəsmləri çəkən Hümbət Kərimli ilə birlikdə ilham mənbələrindən və avtomobil dizaynının incəliklərindən danışdıq.
Duration: 00:28:00Şəhərə giriş ödənişli olsa, tıxaclar azalar? I Bir Avto
Sep 24, 2025Bu dəfə "Bir Avto" verilişində şəhər mərkəzinə girişin ödənişli olması məsələsini müzakirə edirik. Tıxacların azalması üçün belə bir addım nə qədər effektivdir? İnsanlar ödənişdən sonra nə dərəcədə avtomobil istifadəsindən imtina edər?
Ödənişli hərəkət zonaları yollara necə təsir edəcək?
Sep 24, 2025"Qaydaları pozma" verilişində qonağımız olan nəqliyyat eksperti Elməddin Muradllı ilə ödənişli hərəkət zonalarının yollara təsirindən danışdıq.
Duration: 00:34:29Dünya ölkələrində sıxlıqla mübarizə yolları
Sep 24, 2025"Qaydaları pozma" verilişində qonağımız olan qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə sıxlıqla mübarizə yollarından danışdıq.
Duration: 00:32:02Müasir dövrdə valideyn necə olmalıdır? I Şəhər adamı #152
Sep 24, 2025"Şəhər adamı" rubrikasında qonaq olan təlimçi, psixopedaqoq Məsməxanım Hacıyeva ilə birlikdə uşaqların emosional inkişafı, valideyn-müəllim münasibətləri və məktəb dövründə rast gəlinən həm pedaqoji, həm də psixoloji çətinliklər haqqında danışdıq.
Duration: 00:34:06Düzgün ara məsafəsinin önəmi
Sep 23, 2025"Qaydaları pozma" verilişində qonağımız olan NİİM-in mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov ilə ara məsafəsinin önəmindən danışdıq.
Duration: 00:34:18Avtomobilsiz mümkündür? I Şəhər adamı #150
Sep 22, 2025"Şəhər adamı" rubrikasında qonaq olan Azərbaycan Velosiped İdmanı Federasiyasında məşqçi, velosiped təlimçisi Səhər Mehman ilə birlikdə “Avtomobilsiz gün” münasibətilə velosiped sürməyin sağlamlığa, ətraf mühitə və şəhər həyatına təsirindən danışdıq. Velosiped mədəniyyəti, təhlükəsizlik qaydaları, şəhərdə infrastrukturun vəziyyəti haqqında maraqlı fikirlər bölüşdük.
Azərbaycan dünya robotexnika yarışında l Overtime
Sep 19, 2025Dünya Robotexnika Yarışında gənclərimiz həm qızıl, həm də gümüş medal qazanaraq ölkəmizi layiqincə təmsil edən Fərid Həmidli, Paşa Rüstəmov, Nəcmin Əliyev, Məhəmməd Cəfərli, Ümid Nəzərli və komandanın baş məşqçisi - Rəhman Rəsulzadə "Overtime" verilişində qonaq oldular.
Formula 1-in həyəcanı və Bakı Qran Prisinin təsiri I Bir Avto
Sep 19, 2025"Bir Avto" verilişində Formula 1 haqqında danışdıq - sürət, taktika, texnologiya və adrenalin dolu yarışların sirrlərinə nəzər saldıq. Bakı Qran Prisinin şəhərə və insanlara təsiri, azarkeş marağı, komandalar arasındakı rəqabət və F1 dünyasında baş verən yenilikləri dinləyicilərimizlə paylaşdıq.
Duration: 00:29:57"Öz taleyimizi müəyyənləşdirmək bizim suverenliyimiz idi" I Şəhər adamı #149
Sep 19, 2025"Şəhər adamı" rubrikasında qonaq olan Milli Məclisin deputatı Naqif Həmzəyev ilə birlikdə "Suverenlik ili" çərçivəsində atdığı addımları, 2023-cü ildə keçirilən antiterror əməliyyatlarının mahiyyətini və regionda yaranan yenilikləri müzakirə etdik.
Duration: 00:29:10İkinci əl avtomobil almaq yaxşıdır? I Bir Avto
Sep 19, 2025"Bir Avto" verilişində qonaq olan avtobloqer Nurlan Qurbanov ilə birlikdə ikinci əl bazarı və rəsmi servisdən alınan avtomobillər arasındakı qiymət fərqləri, təhlükəsizlik, avtomobilin texniki vəziyyəti və alıcı üçün risklər kimi əsas məqamları müzakirə etdik.
Duration: 00:27:18İntellekt, inkişaf, təşəbbüs ruhu I Overtime
Sep 19, 2025"Overtime" verilişində qonaq olan Xəzər İntellektual Gənclər Klubunun sədri Azad Manaflı ilə birlikdə intellektual hərəkatdan, gənclərin sosial fəallığından, komandaların qurulmasından və yarışlara hazırlıq prosesindən danışdıq.
Duration: 00:24:20Elektrikli, plagin hibrid ya benzin - dizel? I Bir Avto
Sep 19, 2025Bu dəfə "Bir Avto" verilişində plagin, dizel və elektrikli avtomobillərin üstünlükləri və çatışmazlıqları barədə dinləyicilərlə birlikdə müzakirə etdik.
Duration: 00:33:44Yol hərəkətinin təşkilində edilən dəyişikliklər
Sep 19, 2025"Qaydaları pozma" verilişində qonağımız olan AYNA-nın Yol hərəkətinin təşkili şöbəsinin müdiri Samir Məhərrəmov ilə yeni görülən işlərdən, yol hərəkətində edilən dəyişikliklərdən danışdıq.
Duration: 00:28:29Yağışlı havalarda ən çox pozulan yol hərəkəti qaydaları
Sep 19, 2025"Qaydaları pozma" verilişində qonağımız olan Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev ilə yağıçlı havalarda qəzaların səbəbindən danışdıq.
Duration: 00:27:22Çimərlik futbolu üzrə Avropa 3-cüləri
Sep 19, 2025Çimərlik futbolu üzrə Avropa 3-cüsü olan Azərbaycan milli komandasının üzvləri qapıçı, qapıçılar üzrə məşqçi - Elçin Qasımov, hücumçular - Sabir Allahquliyev, Bayram Bayramlı, müdafiəçi - Kamil Hüseynov "Overtime" verilişində qonaq oldular.
Duration: 00:22:03Ani dəyişən hava sağlamlığımıza təsir edir? l Şəhər adamı #149
Sep 18, 2025"Şəhər adamı" rubrikasında qonaq olan terapevt Mətanət Cəfərova ilə birlikdə qidalanma rejimi,mədə - bağırsaq sağlamlığı, gündəlik vərdişlər və bu amillərin bir-birinə bağlı şəkildə insan həyatına təsiri barədə söhbət etdik.
Qəzalar zamanı sığortanın önəmi
Sep 18, 2025"Qaydaları pozma" verilişində qonağımız olan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə sığortanın önəmindən danışdıq.
Duration: 00:27:33Bizneslərə böyümək üçün nə lazımdır? I Şəhər adamı #148
Sep 17, 2025"Şəhər adamı" rubrikasında qonaq olan biznes mentor Zahid Adıgözəlovla birlikdə söhbətimizin mövzusu biznes idi — qurmaq, böyütmək, davam etdirmək və dəyişən bazara uyğunlaşmaq.
Duration: 00:30:22Elektromobillər sərfəlidir? I Bir Avto
Sep 17, 2025"Bir avto" verilişində qonaq olan elektromobil bloqeri İlkin Mustafayev ilə birlikdə elektromobillərin üstünlükləri, yayılmış miflər, şarj infrastrukturu, batareya ömrü və Azərbaycanda bu texnologiyanın inkişaf perspektivləri haqqında müzakirə etdik.
Duration: 00:17:57Ən çox pozulan 10 yol hərəkəti qaydası
Sep 17, 2025"Qaydaları pozma" verilişində qonağımız olan qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bizə ən çox pozulan 10 qayda haqqında danışdı.
Duration: 00:25:43Təhlükəsiz qidalanma nə deməkdir? I Şəhər adamı #147
Sep 17, 2025"Şəhər adamı" rubrikasında qonaq olan qida mütəxəssisi Seymur Qafarov ilə birlikdə söhbətimiz zamanı gündəlik yemək vərdişlərindən tutmuş, sağlam seçimlərin necə formalaşmalı olduğuna qədər bir çox vacib məqamlara toxunduq.
Duration: 00:27:09Təhsil sahəsində problemlər var? I Şəhər adamı #146
Sep 15, 2025"Şəhər adamı" rubrikasında qonaq olan təhsil eksperti Elnur Hacıyev ilə birlikdə təhsildə ümumi vəziyyəti, həm də aktual problemləri müzakirə etdik. Məktəb təhsili, kurikulumun tətbiqi, müəllim hazırlığı, valideyn-məktəb münasibətləri haqqında danışdıq.
Duration: 00:37:52Yeni tədris ilinin başlaması ilə bağlı yollarda hansı tədbirlər görülür?
Sep 12, 2025"Qaydaları pozma" verilişində qonağımız olan Baş Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev ilə yeni tədris ilində yollardakı vəziyyət barədə danışdıq.
Duration: 00:26:13"Emosional verdiyimiz bütün qərarlar səhvdir" l Şəhər adamı #145
Sep 12, 2025"Şəhər adamı" rubrikasında qonaq olan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov ilə birlikdə insan tipləri, şəxsiyyət quruluşları, emosional ehtiyaclar, narsist və özgüvənli insanlar arasındakı fərqlər, eləcə də qadın və kişilər arasında cəmiyyətdə formalaşmış gözləntilər, stereotiplər və psixoloji təsirlər barədə danışdıq.
Duration: 00:41:21Yeni tədris ilində təhlükəsizlik qaydaları
Sep 11, 2025"Qaydaları pozma" verilişində qonağmız olan NİİM-in mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov ilə yeni tədris ilində təhlükəsizlik qaydalarından danışdıq.
Duration: 00:31:59Evinizlə bağlı risk və ya zərər halına qarşı nə etməlisiniz? I Şəhər adamı #144
Sep 11, 2025"Şəhər adamı" rubrikasında qonaq olan Paşa Sığorta-nın "Yuvam" məhsulu üzrə məhsul sahibi, sığorta mütəxəssisi Mehralı Əhmədli ilə birlikdə əmlak sığortasının mahiyyəti, evimizi nələrə qarşı necə sığortalaya biləcəyimiz, tez-tez qarşılaşılan risklər və “Yuvam” məhsulunun bu ehtiyaclara necə cavab verdiyi barədə danışdıq.
Duration: 00:33:28Yük maşınlarının səbəb olduğu qəzalar
Sep 10, 2025"Qaydaları pozma" verilişində qonağımız olan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı ilə yük maşınlarının törətdikləri qəzalardan danışdıq.
Duration: 00:31:05Bizneslər niyə xarici bazara çıxa bilmirlər? I Şəhər adamı #143
Sep 10, 2025"Şəhər adamı" rubrikasında qonaq olan biznes mentor, psixoloq Zahid Adıgözəlovla birlikdə Azərbaycan məhsullarının və xidmətlərinin xarici bazarlara çıxışındakı çətinlikləri, ən çox rast gəlinən strateji və menecment səhvləri, brendin düzgün qurulması haqqında danışdıq.
Duration: 00:34:27Qəzaların səbəbləri
Sep 10, 2025"Qaydaları pozma" verilişində qonağımız olan nəqliyyat eksperti Elməddin Muradlı ilə qəzaların səbəbləri haqqında danışdıq.
Duration: 00:32:11Su həyatdır, amma onu itiririk... I Şəhər adamı #142
Sep 09, 2025"Şəhər adamı" rubrikasında qonaq olan ətraf mühit üzrə ekspert, hüquqşünas Samir İsayev ilə birlikdə
su ehtiyatlarının azalması, quraqlıq riski, israfın miqyası və gündəlik vərdişlərimizin təbiətə təsiri barədə danışdıq. Həm ölkəmizdə, həm də dünyada su ilə bağlı kritik vəziyyətə nəzər saldıq, qarşısını almaq üçün fərdi və ictimai səviyyədə nə etmək lazım olduğunu müzakirə etdik.
Yollarda təhlükəsizlik qaydaları
Sep 08, 2025"Qaydaları pozma" verilişində qonağımız olan Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev ilə yollarda təhlükəsizlik qaydalarından danışdıq.
Duration: 00:30:50İdmanda hüquq pozularsa, kim cavabdehdir? I Şəhər adamı #141
Sep 08, 2025"Şəhər adamı" rubrikasının qonağı olan, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, idman sahəsində fəaliyyət göstərən vəkil Elcan Həsənli ilə birlikdə idman dünyasında tez-tez rast gəlinən hüquqi məsələlər, idmançılar və klublar arasında müqavilələr, futbol və digər idman növlərində hüquq haqqında söhbət etdik.
Duration: 00:43:25İnvestisiya etməyə haradan başlayaq? I Şəhər adamı #140
Sep 05, 2025"Şəhər adamı" rubrikasında qonaq olan biznes mentor, "İnvest Akademiya" layihəsinin həmtəsisiçisi Fərid Əbdülzadə ilə birlikdə uğurlu biznesin sirrləri, səhvlər, ideyanın bazara çevrilməsi, pulun dəyəri, investisiya imkanları, risklər və uzunmüddətli yatırımlar barədə danışdıq.
Duration: 00:34:56Təhsildə yeniliklər və ilham dolu hekayələr I Şəhər adamı #139
Sep 04, 2025"Şəhər adamı" rubrikasında qonaq olan Kamil Əyyubov adına 12 nömrəli məktəbin ibtidai sinif müəllimi Günel Əkbər ilə birlikdə təhsil sahəsindəki təcrübələrindən, müəllimlik peşəsinin çətinlikləri və gözəlliklərindən danışdıq. Yeni tədris metodları, şagirdlərlə effektiv ünsiyyət yolları və innovativ yanaşmaları, təhsil sistemindəki dəyişikliklər barədə müzakirə etdik.
Duration: 00:39:35Yolda hərəkət çətindirsə, problem kimdədir?
Sep 04, 2025"Qaydaları pozma" verilişində qonaq olan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə birlikdə yollarda çətinlik yaradan nəqliyyat vasitələrindən, sürücülərin etdikləri qayda pozuntularından danışdıq.
Duration: 00:29:42Azərbaycanın turizm xəritəsi I Şəhər adamı #138
Sep 04, 2025"Şəhər adamı" rubrikasında qonaq olan Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva ilə birlikdə 2025-ci ilin yay turizmi, daxili səfərlər, istirahət mədəniyyəti və yeni turizm imkanları haqqında danışdıq.
Duration: 00:34:19Niyə ictimai nəqliyyatı seçək?
Sep 04, 2025"Qaydaları Pozma" verilişində qonaq olan nəqliyyat eksperti Elməddin Murdalı ilə birlikdə gündəlik həyatımızın ayrılmaz hissəsi olan yollar, nəqliyyat, sıxlıq, parklanma və sürücülük mədəniyyəti haqqında söhbət etdik.
Duration: 00:38:21İctimai nəqliyyatda qiymət və keyfiyyət bərabərdir? I Şəhər adamı #137
Sep 02, 2025"Şəhər adamı" rubrikasının qonağı olan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov ilə birlikdə ictimai nəqliyyatda gediş haqqı və xidmət keyfiyyəti mövzusunu, digər ölkələrin ictimai nəqliyyat sistemini müzakirə etdik.
Duration: 00:39:15İtlər insanları başa düşür? I Şəhər adamı #136
Aug 29, 2025"Şəhər adamı"nda qonaq olan kinoloq Nicat Əhmədli ilə birlikdə itlərin davranışları, baxışları, hərəkətləri, tərbiyə prosesi və insanlarla münasibəti haqqında söhbət etdik.
Duration: 00:33:23Uğur planla başlayır? I Şəhər adamı #135
Aug 29, 2025"Şəhər adamı"nda qonaq olan biznes konsultant, mentor, kouç Elçin Hüseynov ilə birlikdə şəxsi inkişaf, biznes quruculuğu, uğursuzluqlardan dərs çıxarma və məqsədə çatmaq üçün doğru strategiyalar, startaplar, kiçik bizneslər üçün ən çox buraxılan səhvlər barədə söhbət etdik.
Duration: 00:35:51"Bədən dili yanlış danışmır" I Şəhər adamı #134
Aug 27, 2025"Şəhər adamı"nda qonağımız olan biznes strategiyası, liderlik və qlobal bədən dili eksperti Anar Heydərov ilə birlikdə bədən dilinin insan münasibətlərindəki rolu, gündəlik həyatda və peşəkar aləmdə bədən dili ilə düzgün mesajlar verə biləcəyimiz bir çox mövzunu müzakirə etdik.
Duration: 00:36:02"Hər kəs qolf oynaya bilər" I Şəhər adamı #133
Aug 26, 2025"Şəhər adamı"nda qonağımız olan qolf üzrə Azərbaycan Milli Komandasının baş məşqçisi Tural Vəlizadə ilə birlikdə Golfun ölkəmizdəki inkişafı, gənc istedadların hazırlığı, beynəlxalq turnirlərdə təcrübələr və qarşıdakı planlar barədə danışdıq.
Duration: 00:37:21Riyaziyyatı uşaqlara necə sevdirmək olar? I Şəhər adamı #132
Aug 22, 2025"Şəhər adamı"nda qonağımız olan "High Five" İnkişaf Mərkəzinin riyaziyyat müəllimi Nərmin Piriyeva ilə hesablamaları, riyazi istedadın genetikadan asılılığını, süni intellektin riyaziyyata təsirini, metodikaları, SAT ilə kalkulus arasındakı fərqləri, SAT imtahanlarında köçürmənin qarşısının alınması yollarını və uşaqlarda riyaziyyata olan marağın artırılmasını müzakirə etdik.
Qəzanın baş verməməsi üşün nə edirsiniz?
Aug 21, 2025"Qaydaları pozma" verilişində qonağımız olan DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat katibi Ömər Xıdırov ilə qəzalardan qorunmağın yollarından danışdıq.
Duration: 00:26:56İş axtararkən müsahibə zamanı nələrə diqqət etməliyik? I Şəhər adamı #131
Aug 21, 2025"Şəhər adamı"nda qonağımız olan insan resursları üzrə ekspert Nərgiz Nəbiyeva ilə müsahibəyə hazırlaşma qaydasından, müsahibədə bədən dilindən istifadə qaydasından, iş axtararkən istifadə edilən mənbələrdən, düzgün cv hazırlamaqdan, müsahibə zamanı ünvanlanan suallara düzgün cavab verməyin üsüllarından danışdıq.
Düzgün yol infrastrukturu necə olmalıdır?
Aug 20, 2025"Qaydaları pozma" verilişində qonağımız olan nəqliyyat eksperti Eldəniz Cəfərov ilə düzgün yol infrastrukturundan danışdıq.
Duration: 00:29:19Nitq qüsurlu uşaqların müalicəsi zamanı istifadə edilən metodlar I Şəhər adamı #130
Aug 20, 2025"Şəhər adamı"nda qonağımız olan defektoloq, loqoped Səbinə Şahlarova ilə nitq qüsurları və onların müalicə metodlarından, texnoloji alətlərin nitqə təsirindən, dil masajından, kəkələmənin yaranma səbəblərindən, qorxunun nitqə təsirindən, motorikadan və hiperaktiv uşaqlarla davranış qaydalarından danışdıq.
Duration: 00:36:44Azərbaycanda xidmət sektorunu inkişaf etdirmək üçün nə etmək lazımdır? I Şəhər adamı #129
Aug 19, 2025"Şəhər adamı"nda qonağımız olan "food blogger" Miryusif Mirzəzadə ilə "food blogger"likdən, təamların növlərindən, xarici mətbəxlərdən, ölkəmizin xidmət sektorunun xarici ölkə ilə müqayisəsindən, xidmət sektorundakı boşluqlardan, restorandakı konseptlərdən, həmçinin xidmət sahəsini asanlaşdırmaq üçün təşkil olunacaq layihələrdən bəhs etdik.
Sürücülük təlimi və yol təcrübəsi
Aug 18, 2025"Qaydaları pozma" verilişində qonağımız olan Beynəlxalq dərəcəli təlimçi Adil Nəbiyev ilə sürücülük təlimi haqqında danışdıq.
Duration: 00:28:34Uğurlu alpinist olmaq üçün nələri bilmək vacibdir? I Şəhər adamı #128
Aug 18, 2025"Şəhər adamı"nda qonağımız olan alpinizm üzrə idman ustası, beynəlxalq dərəcəli hakim İsrafil Aşurlı ilə alpinizmdən, alpinist psixologiyasından, zirvələrdən, hündür zirvələrdə baş verən çətinliklərdən, dağlara dırmanarkən rast gəlinən təhlükələrdən və istifadə edilən avadanlıqlardan danışdıq.
.
Ev heyvanına sahiblənərkən nələrə diqqət etməliyik? I Şəhər adamı #127
Aug 15, 2025"Şəhər adamı"nda qonağımız olan veterinar Fərman Həsənzadə ilə ev heyvanları, onların peyvəndlənmələrindən, sağlamlıqlarının qorunmasından, ev heyvanına sahiblənərkən diqqət etməli olduğumuz məqamlardan, qidalandırma ilə bağlı yanlışlardan, ev şəraitində edilən qulluqdan, qısırlaşdırmadan və quduzluqdan danışdıq.
Şəxsi inkişaf nədən başlayır? I Şəhər adamı #126
Aug 14, 2025"Şəhər adamı"nda qonağımız olan şəxsi inkişaf üzrə beynəlxalq təlimçi, "kouç" Gülgün Quliyeva ilə şəxsi inkişafdan, keçmiş və indiki nəslin düşüncələrinin müqayisəsindən, seçim çoxluğunun müasir nəsildə yaratdığı passivlikdən, valideynlərin övladlarının inkişafındakı rollarından və qadın-kişi münasibətlərindən bəhs etdik.
Duration: 00:40:28Tatu ilə qalıcı "make up"ın fərqləri I Şəhər adamı #125
Aug 13, 2025"Şəhər adamı"nda qonağımız olan qalıcı "make up" ustası Zərifə Sultanlı ilə tatudan, permanentdən, tatu etdirərkən bilməli olduğumuz vacib məqamlardan, rəssamlıqdan, həmçinin motosiklet sürərkən diqqət etməli olduğumuz faktorlardan, sürət həddindən və yeni başlayanların bilməli olduğu vacib məqamlardan bəhs etdik.
Duration: 00:30:49Dil öyrənərkən doğru bildiyimiz yanlışlar I Şəhər adamı #124
Aug 12, 2025"Şəhər adamı"nda qonağımız olan Dünya Poliqlotlar Cəmiyyətinin yeganə azərbaycanlı üzvü, poliqlot Aslan Məmmədzadə ilə dil öyrənərkən diqqət etməli olduğumuz məqamlardan, dil biliklərinin inkişaf yollarından, Poliqlotlar Cəmiyyətindən, dil öyrənmək üçün lazımlı proqramlardan və dil öyrənərkən doğru bildiyimiz yanlışlardan danışdıq.
Duration: 00:42:08Piyada vurulma hadisələri
Aug 12, 2025"Qaydaları pozma" verilişində qonağmız olan BDYPİ-nin rəsmisi Mübariz Ağayev ilə piyada vurulma hadisələrindən, bunun səbəblərindən və qorunma yollarından bəhs etdik.
Duration: 00:41:07Pul yığmaqda “Dama-Dama"nın köməyi nədir? I Şəhər adamı #123
Aug 11, 2025"Şəhər adamı"nda qonağımız olan ABB-də baş məhsul sahibi Firuz Manafov və müştəri təcrübələri üzrə ekspert Nihad Salmanlı ilə pul yığmaqda “Dama-Dama"nın köməyindən, “Dama-Dama"nın işləmə prinsipindən, “Dama-Dama" üçün nəzərdə tutulan yeniliklərdən bəhs etdik.
Duration: 00:36:05Yay mövsümü və avtomobil sığortası
Aug 11, 2025"Qaydaları pozma" verilişində qonağımız olan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə yay mövsümü və avtomobil sığortasının önəmindən bəhs etdik.
Duration: 00:35:13Piyada təhlükəsizliyi necə tənzimlənməlidir?
Aug 07, 2025"Qaydaları pozma" verilişində qonağımız olan Nəqliyyat üzrə ekspert Elməddin Muradlı ilə piyada təhlükəsizliyindən danışdıq.
Duration: 00:23:54Xanımlar hansı biznes sahələrində daha uğurlu olurlar? I Şəhər adamı #122
Aug 07, 2025"Şəhər adamı"nda qonağımız olan "Bloom Group" marketinq agentliyin təsisçisi Səbinə Pərvizi ilə sahibkarlıqdan, sosial şəbəkələrdəki marketinq trendindən, özünüinkişafdan, marketinq təlimlərindən və süni intellektin marketinqə təsirindən danışdıq.
Ev almaq, yoxsa kirayə yaşamaq? I Şəhər adamı #121
Aug 06, 2025"Şəhər adamı"nda qonağımız olan daşınmaz əmlakın qiymətləndirilməsi və satışı üzrə ekspert Şaiq Əliyev ilə daşınmaz əmlakdan, evlərin qiymət artımına təsir edən faktorlardan, süni qiymət artımlarından, əlimyandı mənzillərdən və daşınmaz əmlak bazarının gələcəyindən danışdıq.
Dalğıclığa yeni başlayanlara hansı bacarıqlar öyrədilir? I Şəhər adamı #120
Aug 05, 2025"Şəhər adamı"nda qonağımız olan "Baku Divers" milli dalğıc klubunun rəhbəri, beynəlxalq dərəcəli təlimatçı, dalğıc Elsevər Əliyev ilə dalğıclığın sirrlərindən, riskli tərəflərindən, bu sənətdə yayılan miflərdən və dənizdə boğulma təhlükələrindən bəhs etdik.
Duration: 00:38:09Moped və motosikletlərin təhlükəsizlik qaydaları
Aug 05, 2025"Qaydaları pozma" verilişində qonağmız olan BDYPİ-nin rəsmisi Mübariz Ağayev ilə moped və motosikletlərin təhlükəsizlik qaydalarından danışdıq.
Duration: 00:31:27Yollarda təlim maşınlarına güzəşt
Aug 05, 2025"Qaydaları pozma" verilişində qonağımız olan Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə yollarda təlim maşınlarına olunan güzəştlərdən danışdıq.
Duration: 00:31:28"ABB Mobile"da sənədlərin rəqəmsal imzalanması müştəri üçün hansı üstünlükləri yaradır? I Şəhər adamı #119
Aug 04, 2025"Şəhər adamı"nda qonağımız olan "ABB Mobile"da təhlükəsizlik və qeydiyyat üzrə baş məhsul sahibi olan Səyyarə Axundova ilə bank xidmətlərindən, müştəri əməliyyatlarının təhlükəsizliyindən, müştərilər üçün yeni rəqəmsal imkanlardan, onlayn etibarnamə və elektron imza funksiyalarından, həmçinin banka edilən investisiyadan danışdıq.
Qəzalar ən çox hansı səbəblərdən baş verir?
Aug 01, 2025"Qaydaları pozma" verilişində qonağımız olan NİİM-in mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov ilə qəzaların baş vermə səbəblərindən danışdıq.
Duration: 00:34:14Sığorta müqaviləsini oxumasaq nə baş verər?
Aug 01, 2025"Qaydaları pozma" verilişində qonağımız olan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə sığorta müqaviləsi haqqında danışdıq.
Duration: 00:32:15Dişimizi fırçalayarkən doğru bildiyimiz yanlışlar I Şəhər adamı #118
Aug 01, 2025"Şəhər adamı"nda qonağımız olan stomatoloq Mahnur Həsənzadə ilə diş əti xəstəliklərindən, dişlərin fırçalanma qaydasından, ağız baxımı zamanı edilən yanlışlardan, stomatologiya ilə bağlı tendensiyalardan və faydalı diş məcunlarından bəhs etdik.
Musiqidə bəstə necə yaranır? | Şəhər adamı #117
Jul 31, 2025"Şəhər adamı"nda qonağımız olan pianoçu, bəstəkar və musiqi prodüseri Emil Əfrasiyab ilə musiqi və bəstəkarlıq fəaliyyətindən, Amerika və Azərbaycanda aldığı musiqi təhsillərindən, III MDB Oyunlarından, klassik və caz musiqilərindən bəhs etdik.
Duration: 00:41:33Sükan arxasında düzgün geyim seçimi
Jul 30, 2025"Qaydaları pozma" verilişində qonağımız olan nəqliyyat eksperti Elməddin Muradlı ilə sükan arxasında düzgün geyim seçimindən danışdıq.
Duration: 00:33:26Təhsildə rəqəmsallaşma özünü necə göstərir? | Şəhər adamı #116
Jul 30, 2025"Şəhər adamı"nda qonağımız olan "High Five" İnkişaf Mərkəzinin rəhbəri Rüstəm Piriyev ilə təhsildə rəqəmsallaşmadan, beynəlxalq proqramlardan, valideynlərin xaricdə təhsilə yanaşma prinsiplərindən və xaricdə təhsil alan tələbələrə qarşı edilən dələduzluqlardan bəhs etdik.
Duration: 00:37:52Sizi qəzalardan qoruyacaq 15 məsləhət
Jul 29, 2025"Qaydaları pozma" verilişində qonağımız olan Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə sizi qəzalardan qoruyacaq 15 məsləhət haqqında danışdıq.
Duration: 00:33:06Yollarda etik davranışlar
Jul 29, 2025"Qaydaları pozma" verilişində qonağımız olan Baş Dövlət Yol Polisi İdarəsinin Rəsmisi Polkovnik -Leytenant Mübariz Ağayev ilə yollarda etik davranışlardan danışdıq.
Duration: 00:34:17Sığorta etməsək nə olar?
Jul 29, 2025"Qaydaları pozma" verilişində qonağımız olan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə sığortanın vacibliyindən danışdıq.
Duration: 00:33:19Brendin düzgün pozisiyalanması nədir? I Şəhər adamı #115
Jul 29, 2025"Şəhər adamı"nda qonağımız olan ABB-nin Brendin idarəedilməsi şöbəsinin rəhbəri Könül Hilal ilə brend pozisiyalandırılmasından, ABB-nin imtiyazları və perspektivlərindən ,bu sahədəki rəqiblərdən və brendin sosial şəbəkədə yerləşdirilməsindən danışdıq.
Duration: 00:29:24Yollarda qəza keçirməmək üçün nə edirsiniz?
Jul 28, 2025"Qaydaları pozma" verilişində qonağımız olan DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat katibi Ömər Xıdırov ilə yollarda qəza keçirməmək üçün görülməli olan tədbirlərdən danışdıq.
Duration: 00:36:36Yolda kimə güzəştə getmək istəmirsiniz?
Jul 28, 2025"Qaydaları pozma" verilişində qonağımız olan Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə yollarda güzəşt etməli olduğumuz məqamlardan danışdıq.
Duration: 00:35:32DJ sənətinə gec başlayanların uğur qazanması mümkündür? I Şəhər adamı #114
Jul 25, 2025"Şəhər adamı"nda qonağımız olan "Djacademy.az" təsisçisi, Dj AX ilə açıq səma konsertlərindən, səhnə arxası hadisələrdən, "scratching"dən, musiqidən və dj sənətinin incəliklərindən bəhs etdik.
Duration: 00:33:03İnsanlar fotoqraf seçərkən nəyə diqqət edirlər? I Şəhər adamı #113
Jul 24, 2025"Şəhər adamı"nda qonağımız olan "Hamid Hamidli Group"un təsisçisi Həmid Həmidli ilə toylardan, ölkəxaricindəki çəkilişlərindən, çəkiliş trendlərindən və şəkil çəkərkən diqqət etməli olduğumuz məqamlardan danışdıq.
Duration: 00:36:07Rəqəmsal bankçılıq platformaları niyə təhlükəsiz hesab edilir? I Şəhər adamı #112
Jul 23, 2025"Şəhər adamı"nda qonağımız olan ABB-nin Marketinq departamentinin direktor müavini Yadigar Cəfərli ilə ABB-nin “Euromoney” tərəfindən “İlin ən yaxşı rəqəmsal bankı” seçilməsindən, şübhəli linklərdən və dələduzlardan qorunmağın yollarından, ABB-nin qazandığı mükafatlardan bəhs etdik.
Duration: 00:27:36